"Arsenal"da bunu bacaran ikinci futbolçu - OBAMEYANQ

1 Oktyabr 2019 11:34 İngiltərə 627
"Arsenal"da bunu bacaran ikinci futbolçu - OBAMEYANQ

İngiltərə Premyer Liqasının VII turunda "Mançester Yunayted"in qapısına vurduğu qol "Arsenal"ın hücumçusu Pyer-Emerik Obameyanq üçün əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, bu mövsüm çempionatda ardıcıl 7-ci oyunda fərqlənən qabonlu forvard 1997-1998 mövsümündən sonra London klubunun heyətində bunu bacaran ikinci futbolçu kimi tarixə düşüb. Ondan öncə isə bu göstəriciyə "topçular"ın hollandiyalı hücumçusu Denis Berqkamp imza atmışdı.

Xatırladaq ki, Obameyanq dünən 1:1 hesabı ilə başa çatan matçın 58-ci dəqiqəsində "Mançester Yunayted"in qapısına yol tapıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM