"Mançester Yunayted"in əfsanəvi qapıçısı Peter Şmeyxel Premyer Liqanın "Arsenal"la mərkəzi qarşılaşmasından (1:1) sonra keçmiş klubunun yarımmüdafiəçisi Pol Poqbanı sərt tənqid edib.
Sportinfo.az xəbər verir ki, 56 yaşlı veteran qapıçı fransız futbolçunun meydanda nə etdiyini anlamadığını deyib.
"Başa düşə bilmirəm, Poqbanın komandada işi nədən ibarətdir. Özü üçün oynayır sanki. Razıyam, bu gün 2 ötürmə verdi. Ancaq bu, heç olmasa, 15 olmalı idi. Komandanın lideri olmalı futbolçu meydanda görünmür, özü üçün vaxt keçirir. Poqba bu komanda üçün konkret problemli uşaqdır. 75 min azarkeşin qarşısında belə oynamaq olmaz!".

