"Liverpul"a ağır cəza: Kubokdan qovula bilər

28 Sentyabr 2019 13:27 İngiltərə 606
"Liverpul"a ağır cəza: Kubokdan qovula bilər

"Liverpul" İngiltərə Liqa kubokundan uzaqlaşdırıla bilər. Sportinfo.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb "Dons" klubu ilə III mərhələnin matçında (2:0) meydana oynamaq hüququ olmayan futbolçunun çıxmasıdır.

Bununla bağlı artıq araşdırma başlanılıb. Futbolçunun adı açıqlanmır. Əgər klubun günahı sübuta yetirilərsə, "Liverpul" ya cərimə olunacaq, ya da yarışdan kənarlaşdırılacaq.

İngiltərə klubunun adı açıqlanmayan nümayəndələrindən biri belə deyib:

"Klub bizim oyunçulardan biri ilə bağlı yaranmış problemdən xəbərdardır. Araşdırma başa çatmaya qədər hər hansı şərh verməyəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM