62 yaşlı əfsanəvi arenaya hündürlükdən baxış - FOTOLAR

26 Sentyabr 2019 19:15 İngiltərə 551
62 yaşlı əfsanəvi arenaya hündürlükdən baxış - FOTOLAR

Sentyabrın 24-də “Barselona”nı n stadionu “Nou Kamp”ın açılışının 62 ili tamam oldu.

Sportinfo.az xəbər verir ki, stadion 1957-ci ildə açılıb. Və elə o vaxtdan “Barselona”ya məxsusdur.

Əvvəlcə stadiona “Estadi del FC Barcelona” adı verilmişdi. Ancaq elə o vaxtdan fanatlar arenanı “Kamp Nou” (Yeni Meydan) adlandırdılar.

2001-ci ildə isə arenaya rəsmən bu ad verildi. Müxtəlif illərdə stadionun azarkeş tutumu dəyişib. İstifadəyə veriləndə 90 min tutuma sahib olub.

1982-ci ildə aparılan yenidənqurma işlərindən sonra azarkeş tutumu 120 minə yüksəlib. 1998-ci ildə isə 98 934-ə endirilib. Hazırda 99 354 fanat “Barsa”nın oyununu arenadan izləyə bilər.

“Kamp Nou” nəinki La Liqada bütün Avropada ən böyük arenadır. Bu stadionda dünya və Avropa Çempionatlarının oyunları, ÇL-in və Avropa Liqasının finalı, UEFA Superkuboku keçirilib.

Yaxın vaxtlarda arenada yenidənqurma işləri aparılacaq və azarkeş tutumu 106 minə yüksələcək. Bu möhtəşəm arenanın hündürlükdən çəkilmiş şəkillərini təqdim edirik.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
3 Sentyabr 07:20 O da “Karvan”a qoşuldu
3 Sentyabr 01:10 Qırğızıstana uduzduq