“Liverpul”un kapitanı Vircil van Dayk komandada mümkün baş məşqçi dəyişikliyi ilə bağlı yayılan şayiələrə münasibət bildirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı müdafiəçi bu yanaşmanı düzgün hesab etmir:
“Bu, hörmətsizlikdir. Cari mövsümdəki çıxışımıza baxsaq, xüsusən də, ötən mövsümlə müqayisədə, tənqidi müəyyən qədər haqlı saymaq olar.
Çətin dövr keçirdik, amma Arne Slot bu problemlərin öhdəsindən yaxşı gəldi”.
“Qırmızılar” cari mövsümdə gözlənilən səviyyədə çıxış etmədiyi üçün baş məşqçi Arne Slotun gələcəyi müzakirə mövzusuna çevrilib.
“Real”da Xabi Alonsonun vəzifədən ayrılmasından sonra mətbuatda ispan mütəxəssisin Slotun yerinə gələ biləcəyi barədə söz-söhbətlər səngimir. Hətta bu yaxınlarda Alonsonun adı ilə bağlı sual birbaşa Arne Slota da ünvanlanıb.
“Liverpul” cari İngiltərə Premyer Liqasında 22 turdan sonra turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Komanda “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

