“Mançester Yunayted” rəhbərliyi braziliyalı yarımmüdafiəçi Kazemironun gedişindən sonra heyəti gücləndirmək üçün artıq alternativ variantları dəyərləndirir.
Kazemiro mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb. O, yayda “qırmızı şeytanlar”la yollarını azad agent statusunda ayıracaq.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted” yüksək maaş alan futbolçunun gedişinin orta xəttə yeni və perspektivli oyunçu cəlb etməyə imkan yaradacağını hesab edir.
Hazırda klubun əsas transfer hədəfi “Nottingem Forest”in yarımmüdafiəçisi Elliot Andersondur. 23 yaşlı futbolçu indiyədək İngiltərə millisində 6 oyuna çıxıb. O, yığmadakı debütünü ötən ilin sentyabrında edib.

