“Nottingem Forest”in yarımmüdafiəçisi Morqan Gibbs-Uayt karyerasını “Tottenhem”də davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb.
London klubu 25 yaşlı futbolçunu yaxından izləməyə davam edir. Ancaq cari qış transfer pəncərəsində keçidin baş tutması planlaşdırılmır.
Gözləntilərə əsasən, Gibbs-Uayt “Tottenhem”in yay transfer dövründə əsas hədəfi olacaq.
Maliyyə çətinlikləri səbəbindən “Nottingem Forest” komandanın liderlərindən olan yarımmüdafiəçi ilə yolları ayırmağa razı ola bilər.
İngiltərəli futbolçu cari mövsümdə bütün turnirlərdə 29 oyunda iştirak edib, 6 qol vurub və 3 məhsuldar ötürmə verib.

