İcarəyə götürmək istəyirlər - “Mançester Yunayted”in yarımmüdafiəçisini

23 Yanvar 15:40 İngiltərə 340
İcarəyə götürmək istəyirlər - “Mançester Yunayted”in yarımmüdafiəçisini

“Mançester Yunayted”in yarımmüdafiəçisi Manuel Uqarte Niderland çempionatına keçmək imkanı əldə edib.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

“Ayaks” uruqvaylı futbolçunu icarəyə götürmək niyyətindədir. Ancaq “qırmızı şeytanlar” baş məşqçinin dəyişməsindən sonra Uqartenin komandanı tərk etməsinə icazə verməyi planlaşdırmır.

24 yaşlı yarımmüdafiəçi cari mövsümdə Premyer Liqada 16 oyunda iştirak edib. Onun “Ayaks”a icarəsi hələlik reallaşmayacaq. Belə ki, İngiltərə klubu onu heyətdə saxlamağı üstün tutur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 Fevral 18:10 Çək və bizə göndər!
14 Fevral 04:00 Kim daha çox qazanır?
14 Fevral 03:10 “Çətin komandadır”