Braziliyalı mövsümün sonunda ayrılacaq - Premyer Liqa klubundan

10:00 İngiltərə 161
Braziliyalı mövsümün sonunda ayrılacaq - Premyer Liqa klubundan

“Mançester Yunayted” yarımmüdafiəçisi Kazemironun yayadək olan müqaviləsinin müddəti başa çatdıqdan sonra komandadan ayrılacağını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı futbolçu “qırmızı şeytanlar”ın heyətində dörd mövsüm çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 146 oyunda 21 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Kazemiro “Mançester Yunayted”lə birlikdə FA Kubokunu və Liqa Kubokunu qazanıb.

Kazemiro karyerası ərzində “Mançester Yunayted”dən əvvəl “Real” (Madrid, İspaniya), “Portu” (Portuqaliya) və “San Paulu” (Braziliya) klublarında da forma geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti