100 milyon avroluq istəyi var - “Qarabağ”ın rəqibinin

23 Yanvar 01:30 İngiltərə 411
100 milyon avroluq istəyi var - “Qarabağ”ın rəqibinin

“Leyptsiq”in yarımmüdafiəçisi Yan Diomande İngiltərə Premyer Liqasının top-klublarından birinin transfer hədəfinə çevrilib.

Sportinfo.az “Caught Offside”-a istinadən xəbər verir ki, “Liverpul” 19 yaşlı futbolçunu komandaya gətirmək istəyir.

“Qırmızılar”ın rəhbərliyi Diomande üçün təxminən 100 milyon avro xərcləməyə hazırdır. O, komandanın hücum xəttində Məhəmməd Salahın yerini tutmaq imkanına malikdir.

Fil Dişi Sahilindən olan futbolçu cari mövsümdə Almaniya Bundesliqasında 16 oyunda iştirak edib, 6 qol vurub və 2 məhsuldar ötürmə verib.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Fevral 20:40 Rauf, uf, uf, uf...
17 Fevral 18:10 Çək və bizə göndər!
17 Fevral 08:20 Bir oyunluq cəzalandı
17 Fevral 01:50 AFFA-dan yeni qərarlar