Messi ilə komanda yoldaşı olacaq? - “Mançester Siti”nin yarımmüdafiəçisi

23 Yanvar 00:20 İngiltərə 344
Messi ilə komanda yoldaşı olacaq? - “Mançester Siti”nin yarımmüdafiəçisi

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva karyerasını “İnter Mayami”də davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçunun transferi uğrunda mübarizədə “İnter Mayami” aşkar favoritə çevrilib.

İddia olunur ki, ABŞ klubu Silvanın müqaviləsinin yayda başa çatmasını gözləmədən, artıq yanvarda rəsmi təkliflə çıxış edə bilər.

“Şəhərlilər”in üzvünün transferi “İnter Mayami”yə təxminən 20 milyon avroya başa gələ bilər.

Portuqaliyalı futbolçu 2017-ci ildən “Mançester Siti”nin formasını geyinir. Son dövrlər mətbuatda onun İngiltərə klubu ilə başa çatmaqda olan müqaviləsinin müddətinin uzadılmayacağı ilə bağlı söz-söhbətlər yayılıb.

Bu keçid reallaşacağı halda, Bernardo Silva Lionel Messi ilə eyni komandada çıxış etmək imkanı qazanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Fevral 20:40 Rauf, uf, uf, uf...
17 Fevral 18:10 Çək və bizə göndər!
17 Fevral 08:20 Bir oyunluq cəzalandı
17 Fevral 01:50 AFFA-dan yeni qərarlar