“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu “qırmızı şeytanlar”a keçid variantını ciddi şəkildə nəzərdən keçirir.
23 yaşlı futbolçu uşaqlıqdan “Mançester Yunayted”i dəstəkləyir və Londondakı həyat tərzindən məmnun deyil.
“Qırmızı şeytanlar” Palmer üçün “Çelsi”yə Manuel Uqarteni və 20 milyon funt sterlinq təklif etməyə hazırdır.
Palmer 2023-cü ildə “Mançester Siti”dən “Çelsi”yə 47 milyon avroya transfer olunub və London klubu ilə müqaviləsinin müddəti 30 iyun 2033-cü ilə qədərdir.
O, cari mövsümdə bütün turnirlərdə 13 oyuna çıxıb, 5 qol vurub.

