“Qarabağ”ın rəqibini çalışdırmağa hazırdır - Xabi Alonso

03:20 İngiltərə 86
“Qarabağ”ın rəqibini çalışdırmağa hazırdır - Xabi Alonso

Leverkuzen “Bayer”inin və “Real”ın sabiq baş məşqçisi Xabi Alonso “Liverpul”u çalışdırmağa hazır olduğunu bildirib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Indykaila News” məlumat yayıb.

Alonso öz bacarığına güvənir və mövcud oyunçulardan istifadə edərək “Liverpul”la dünya səviyyəli komanda qura biləcəyinə inanır. Ancaq İngiltərə klubunun ona həqiqətən də təklif edib-etmədiyi açıqlanmayıb.

İspaniyalı mütəxəssis 2025-ci ilin yayından etibarən “Real”ı çalışdırırdı. Onun yerinə klubun sabiq oyunçusu Alvaro Arbeloa baş məşqçi postuna gətirilib.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 Yanvar 16:10 Çək və bizə göndər!