“Çelsi” “Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes üçün transfer cəhdlərini davam etdirir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu kreativ və bir neçə mövqedə oynaya bilən yarımmüdafiəçi axtarır və 22 yaşlı futbolçu bu tələblərə tam uyğundur.
Lopes “Barselona”nın yetirməsidir. O, cari mövsümdə 23 oyunda iştirak edib, 8 qol vurub və 10 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.
Deyilən görə, “Barselona” hazırda ispaniyalı oyunçunun komandadan ayrılmasına razılıq verməyəcək.

