“Mən çoxdan onların hesabını izləmirdim" - İttihamlara cavab verdi

15:20 İngiltərə 148
“Mən çoxdan onların hesabını izləmirdim" - İttihamlara cavab verdi

Ukrayna millisinin yarımmüdafiəçisi Oleksandr Zinçenko sosial şəbəkədə PSV-nin hesabını izləmədən çıxarması ilə bağlı səslənən ittihamlara münasibət bildirib.

Bu iddialar futbolçunun “Ayaks”a keçidi barədə yayılan şayiələr fonunda gündəmə gəlib.

Daha əvvəl azarkeşlər Zinçenkonun keçmiş klublarından olan PSV-ni artıq izləmədiyini və komanda ilə bağlı bütün paylaşımları sildiyini fərq ediblər.

Sportinfo.az xəbər verir ki, ukraynalı futbolçu sosial şəbəkə hesabındakı paylaşımında bu fikirləri təkzib edib:

“Mən çoxdan onların hesabını izləmirdim. Köhnə fotoları da xeyli əvvəl silmişəm. Bunun indiki hadisələrlə heç bir əlaqəsi yoxdur – bu, tam cəfəngiyyatdır”.

O, ötən mövsüm “Arsenal”ın heyətində UEFA Çempionlar Liqasında PSV-nin qapısına qol vurduğunu və buna baxmayaraq, sevinmədiyini də xatırladıb.

Zinçenkonun sözlərinə görə, o, PSV-yə hələ də böyük hörmət bəsləyir. Futbolçu hazırda icarə əsasında “Nottingem Forest”də forma geyinir.

Daha əvvəl mediada Zinçenkonun “Ayaks”a transferi məsələsinin demək olar ki, həll olunduğu barədə məlumatlar yayılmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 Yanvar 21:40 “Bu, hörmətsizlikdir”
20 Yanvar 15:40 Atasının balası - VİDEO