90 milyona müdafiəçi ala bilər - “Qarabağ”ın məşhur rəqibi

00:10 İngiltərə 116
90 milyona müdafiəçi ala bilər - “Qarabağ”ın məşhur rəqibi

“Tottenhem”in müdafiəçisi Mikki van de Ven İngiltərə Premyer Liqasının son çempionu olan “Liverpul”un maraq dairəsinə düşüb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.

İddiaya görə, Mersisayd təmsilçisi 24 yaşlı futbolçunun transferi üçün “Tottenhem”ə 90 milyon avro məbləğində təklif irəli sürməyə hazırdır.

Van de Venin London klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin iyununun sonuna qədərdir.

Niderlandlı futbolçu cari mövsümdə İngiltərə Premyer Liqasında “Tottenhem”in heyətində 21 oyunda meydana cıxıb 3 qol vurub, 1 məhsuldar ötürmə verib. O, həmçinin, mövsüm ərzində 6 sarı vərəqə ilə cəzalandırılıb.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 Yanvar 21:40 “Bu, hörmətsizlikdir”
20 Yanvar 18:10 Çək və bizə göndər!
20 Yanvar 15:40 Atasının balası - VİDEO