Norveçli vinger üçün 40 milyon avroluq təklif göndərdi

00:00 İngiltərə 115
Norveçli vinger üçün 40 milyon avroluq təklif göndərdi

“Mançester Siti”nin vingeri Oskar Bobb karyerasını “Fulhem”də davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Fulhem” rəhbərliyi “şəhərlilər”ə 22 yaşlı futbolçu üçün 40 milyon avro məbləğində rəsmi təklif göndərib.

Hazırda “Mançester Siti” bu təklifi nəzərdən keçirir.

Dekabrdan etibarən Dortmund “Borussiya”sı da Oskar Bobbun çıxışını yaxından izləyir. Almaniya təmsilçisinin yaxın zamanda norveçli futbolçu üçün rəsmi təklif edib-etməyəcəyi ilə bağlı qərar verəcəyi vurğulanır.

Oskar Bobb cari mövsümdə bütün turnirlərdə 15 oyuna çıxıb və 1 məhsuldar ötürmə verib. Onun “Mançester Siti” ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 Yanvar 21:40 “Bu, hörmətsizlikdir”
20 Yanvar 18:10 Çək və bizə göndər!
20 Yanvar 15:40 Atasının balası - VİDEO