Qərar verdilər - Azərbaycan komandası ilə oyuna onları kim çıxaracaq?

03:20 İngiltərə 94
Qərar verdilər - Azərbaycan komandası ilə oyuna onları kim çıxaracaq?

Çempionlar Liqasında "Qarabağ"ın rəqibi “Liverpul” yaxın vaxtlarda Arne Slotu baş məşqçi postundan uzaqlaşdırmağı planlaşdırmır.

Sportinfo.az “The Athletic” nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi cari mövsümdəki uğursuz nəticələrə baxmayaraq, 47 yaşlı niderlandlı mütəxəssisə dəstəyini davam etdirir.

“Qırmızılar” mövsümün gedişində baş məşqçi dəyişikliyinə gedən “Mançester Yunayted” və “Çelsi”nin yolunu tutmaq niyyətində deyil.

Belədə, Arne Slot üçün mövsümün minimum hədəfi Çempionlar Liqasının növbəti mərhələsinə vəsiqə qazanmaqdır.

Həmçinin, hazırda baş məşqçi dəyişikliyini üçün alternativ tapılmır. 2004–2009-cu illərdə “Liverpul”un formasını geyinmiş, bu yaxınlarda "Real Madrid"dən ayrılan Xabi Alonsonun da namizədliyi real görünmür.

“Liverpul” Çempionlar Liqasının VIII turunda yanvarın 28-də "Qarabağ"la qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 Yanvar 23:20 Dava-dalaşı kim salıb?
19 Yanvar 18:10 Çək və bizə göndər!
19 Yanvar 08:20 "Çox pis vəziyyətdəyik"
19 Yanvar 03:10 Sonda "Abşeron” da uddu
19 Yanvar 03:00 Evlənirlər - FOTOLAR