İcarə variantını nəzərdən keçirir - “Mançester Yunayted”in yarımmüdafiəçisi

25 Sentyabr 2025 22:00 İngiltərə 625
İcarə variantını nəzərdən keçirir - “Mançester Yunayted”in yarımmüdafiəçisi

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Mainu qış transfer pəncərəsində komandanı tərk etməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Tribal Football” məlumat yayıb.

20 yaşlı futbolçu icarə variantını nəzərdən keçirir. Onun əsas məqsədi müntəzəm oyun praktikası qazanmaq və 2026-cı il dünya çempionatı öncəsi İngiltərə millisinin heyətinə düşməkdir.

Mainu Premyer Liqanın cari mövsümündə cəmi 3 qarşılaşmada iştirak edib. Onun “qırmızı şeytanlar”la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti