“Bu seçimi özüm etdim” - “Qarabağ”ın rəqibinin yeni transferi

23 Sentyabr 2025 21:40 İngiltərə 786
“Bu seçimi özüm etdim” - “Qarabağ”ın rəqibinin yeni transferi

“Liverpul”un hücumçusu Huqo Ekitike öz transfer dəyəri ilə bağlı açıqlama verib. Mersisayd klubu fransalı forvardı Frankfurt “Ayntraxt”ından 95 milyon avroya transfer edib.

Sportinfo.az “Goal”-a istinadən xəbər verir ki, 23 yaşlı futbolçu bunun futbolda adi hal olduğunu bildirib:

“Mənim üçün fərqi yoxdur. Mən diqqətimi yalnız oyunuma cəmləmişəm. Əlbəttə, keçidimin məbləğini müzakirə edəcəklər.

Bu, futbolda adi haldır. Mən “Liverpul”da olmaq istəyirdim və bu seçimi özüm etdim”.

Ekitike İngiltərə çempionu ilə 2031-ci ilin iyun ayına qədər olan uzunmüddətli müqavilə imzalayıb. O, hazırkı Premyer Liqa mövsümündə 5 oyuna çıxaraq 3 qol vurub.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"