“Qarabağ”ın rəqibinin baş məşqçisini tənqid etdi

00:20 İngiltərə 89
“Qarabağ”ın rəqibinin baş məşqçisini tənqid etdi

“Çelsi”nin sabiq müdafiəçisi Frank Lebyef “Mançester Yunayted”lə oyunda (1:2) baş məşqçi Enzo Mareskanın Koul Palmerlə bağlı qərarını tənqid edib.

London təmsilçisi artıq 6-cı dəqiqədə qapıçı Robert Sançesin qırmızı vərəqə alması ilə azlıqda qalıb. Mareska bu səbəbdən erkən əvəzetmələrə əl atıb və Palmer meydanı 21-ci dəqiqədə tərk edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı keçmiş futbolçu, bunun Mareskanın dəli bir qərarı olduğunu bildirib:

“Palmer yüz faiz hazır deyildisə, o, heç meydana çıxmamalı idi. Xüsusilə də, “Çelsi” kimi komandada. Çünki məşqçinin ixtiyarında yüzlərlə futbolçu var.

Hücumçulardan birini qurban vermək lazım idisə, ilk növbədə tam hazır olmayan Palmer dəyişdirilməli idi, yoxsa Pedro Neto. Bu, Mareskanın dəli bir qərarıdır”.

“Çelsi”nin 21-ci dəqiqəyədək 3 əvəzetmə etməsi Premyer Liqa tarixində rekord olub. Komanda “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 08:20 "Sabah" və "Şamaxı" sevindi
22 Sentyabr 03:10 "İmişli" birinci deyil
22 Sentyabr 03:00 Azərbaycan “HƏ” deyib?
22 Sentyabr 02:10 Qismətin qismətində olan