Ronaldo yanına aparır - “Mançester Yunayted”in yarımmüdafiəçisini

01:40 İngiltərə 72
Ronaldo yanına aparır - “Mançester Yunayted”in yarımmüdafiəçisini

“Əl-Nəsr” gələn yay heyətini daha bir tanınmış futbolçu ilə gücləndirə bilər.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubunun hədəfində “Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro var.

Onun müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq.

Braziliyalı futbolçu böyük ehtimalla, “qırmızı şeytanlar”ı azad agent kimi tərk edəcək.

Kriştiano Ronaldo artıq sabiq komanda yoldaşını “Əl-Nəsr”ə qoşulmağa razı salıb.

Portuqaliyalı hücumçu 2023-cü ilin əvvəlindən Səudiyyə Ərəbistanında çıxış edir. O, Kazemiro ilə həm “Real”da, həm də “Mançester Yunayted”də birlikdə oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 17:40 Hələlik göydə uçurlar…
20 Sentyabr 16:00 O, gecikir, rəhbərlik susur
20 Sentyabr 14:00 Premyer Liqamızın Anandı