Daha bir top-klubun hədəfinə çevrildi - “Mançester Yunayted”in yarımmüdafiəçisi

00:00 İngiltərə 54
Daha bir top-klubun hədəfinə çevrildi - “Mançester Yunayted”in yarımmüdafiəçisi

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Mainu Avropanın daha bir top-klubunun diqqətini çəkib.

Sportinfo.az “TEAMtalk”-a istinadən xəbər verir ki, ingiltərəli futbolçu ilə maraqlanan klubların sırasına “Mançester Siti” də qoşulub.

“Şəhərlilər”in onu qış transfer pəncərəsində heyətinə qatmağa çalışacağı iddia olunur.

Bununla belə, Mainunun transferi uğrunda əsas favorit kimi “Nyukasl” göstərilir.

İngiltərə mətbuatında yayılan xəbərlərə görə, 20 yaşlı futbolçuya “Çelsi”, “Everton” və “Aston Villa” da maraq göstərir. Həmçinin, İtaliyanın “Roma” və “Napoli” klublarının da onu heyətində görmək istədiyi bildirilir.

Cari mövsümdə 3 oyunda meydana çıxan Mainu 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM