Portuqaliyalı Ərəbistanı Premyer Liqaya dəyişəcək?

00:00 İngiltərə 70
Portuqaliyalı Ərəbistanı Premyer Liqaya dəyişəcək?

“Əl-Hilal”ın yarımmüdafiəçisi Ruben Neves İngiltərə Premyer Liqası klublarının “radar”ına düşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçunun Premyer Liqa klublarından birinə transfer qiyməti 20 milyon avro civarında ola bilər.

Neves 2023-cü ilin yayından “Əl-Hilal”da çıxış edir. 28 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 3 oyun keçirib və 1 qol vurub.

Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM