
“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandanın yeni hücumçusu Viktor Qyokereş barədə fikirlərini bölüşüb.
Sportinfo.az “topçular”ın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis ehtimal olunan rotasiyaya da toxunub:
“Baxacağıq. “Nottingem Forest”lə oyunun son dəqiqələrində Mikel Merino hücumun mərkəzində oynadı. Bizdə Leo Trossar var, o da həmin mövqedə çıxış edə bilər.
Başqa variantlarımız və uyğunlaşdıra biləcəyimiz taktiki sxemlərimiz var. Hazırda Qyokereş çox yaxşı oynayır və mən ondan tam razıyam”.
24 yaşlı isveçli forvard Premyer Liqanın ilk 4 turunda artıq 3 qola imza atıb. O, ikinci turda “Lids”lə matçda dubl edib, dördüncü turda isə “Nottingem Forest”ə qol vurub.