“Hər matçı təhlil etməyə çalışmışam” - “Qarabağ”ın rəqibinin baş məşqçisi

15:40 İngiltərə 212
“Hər matçı təhlil etməyə çalışmışam” - “Qarabağ”ın rəqibinin baş məşqçisi

“Çelsi”nin baş məşqçisi Enzo Mareska komandanın Çempionlar Liqasına başlaması ilə bağlı gözləntilərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, indiki mərhələdə iddialara deyil, konkret nəticələrə diqqət yetirməyin vacib olduğunu söyləyib:

“Ötən mövsümdən bəri həmişə hər matçı təhlil etməyə çalışmışam. Qrup mərhələsinin oyunlarında qalib gələ bilməsən, yarımfinal və ya final haqda düşünmək olmaz.

Sabah (bu gün) turnirin ən yaxşı komandalarından birinə qarşı oynayacağıq. Əlimizdən gələni etməyə çalışacağıq. Qalib gələn matçlar özünəinam qazanmağa kömək edir”.

İngiltərə klubu sentyabrın 17-də Çempionlar Liqasının ilk turunda “Bayern”lə qarşılaşacaq.

“Çelsi” “Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti