"Qarabağ"ın rəqibi heyətdə məcburi dəyişiklik etdi

17 Sentyabr 2025 10:00 İngiltərə 794
"Qarabağ"ın rəqibi heyətdə məcburi dəyişiklik etdi

"Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Çelsi"nin (İngiltərə) heyətində dəyişiklik həyata keçirilib.

Sportinfo.az London klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, zədəli Dario Essuqonun əvəzinə heyətə Fakundo Buonanotte daxil edilib.

Portuqaliyanın U-21 millisinin heyətində zədələnən D.Essuqo ötən həftə bud nahiyəsindən əməliyyat olunub. Bu səbəbdən onun 20 yaşlı vingerlə əvəzlənməsinə qərar verilib.

"Qarabağ" Çempionlar Liqasının IV turunda "Çelsi" ilə Bakıda üz-üzə gələcək. Qarşılaşma noyabrın 4-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"