"Bəzən yanlış qərarlar verir" - Qvardiola özbək haqda dedi

00:20 İngiltərə 118
"Bəzən yanlış qərarlar verir" - Qvardiola özbək haqda dedi

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Mançester Yunayted”lə derbidə özbəkistanlı müdafiəçi Abdukodir Xusanovun çıxışını dəyərləndirib.

Spotinfo.az “City Xtra”-ya istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı, Xusanovun fiziki cəhətdən güclü olmasını bildiyini deyib:

“Biz hər üç gündən bir oynamaq məcburiyyətindəyik, amma bunu heç bir insan fasiləsiz edə bilməz. Mən bilirəm ki, Xusanov fiziki cəhətdən güclüdür, çox sürətlidir və sağ cinahı əla bağlayır.

O, tez-tez top itirmir, amma bəzən yanlış qərarlar verir. Son oyunda isə Xusanov doğrudan da yaxşı idi”.

İngiltərə Premyer Liqasının 4-cü turunda keçirilən Mançester derbisində “Mançester Siti” “Mançester Yunayted”i 3:0 hesabı ilə məğlub edib. Xusanov matçın bütün 90 dəqiqəsini meydanda keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var