“Mançester Yunayted” ona maraq göstərməyibsə, bu, cinayətdir”

17 Sentyabr 2025 00:00 İngiltərə 700
“Mançester Yunayted” ona maraq göstərməyibsə, bu, cinayətdir”

“Mançester Yunayted”in sabiq futbolçusu Pol Skoulz komandanın qapıçı mövqeyindəki problemlərdən danışıb.

Sportinfo.az BBC-yə istinadən xəbər verir ki, o, qapıçı mövqeyinin ciddi problem olduğunu bildirib:

“Qapıçı mövqeyi ciddi problemdir. Doğrudanmı, “Mançester Yunayted”in “Qrimsbi”yə uduzması lazım idi ki, Andre Onananın yetərincə yaxşı olmadığını anlasınlar?

“Mançester Yunayted” Canluici Donnarummaya maraq göstərməyibsə, bu, sadəcə cinayətdir”.

“Mançester Yunayted” yay transfer pəncərəsinin son günlərində 23 yaşlı qapıçı Senne Lammensi Belçikanın “Antverpen” klubundan heyətinə qatıb. Onana isə icarə əsasında “Trabzonspor”a yollanıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"