"Qarabağ" və "Neftçi"nin sabiq məşqçisini istefaya göndərdilər

16 Sentyabr 2025 09:20 İngiltərə 803
"Qarabağ" və "Neftçi"nin sabiq məşqçisini istefaya göndərdilər

"Şeffild Yunayted" baş məşqçi Ruben Selleslə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

42 yaşlı çaşıldırıcı mövsümün əvvəlində "Şeffild Yunayted"in baş məşqçisi təyin olunmuşdu.

Ruben Selles daha əvvəl Azərbaycanda çalışıb. O, 2012-2014-cü illərdə "Neftçi"də, 2015-2017-ci illərdə isə "Qarabağ"da köməkçi məşqçi vəzifəsində işləyib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"