
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu transfer bazarındakı fəal siyasətini davam etdirir.
Sportinfo.az “Fichajes”-ə istinadən xəbər verir ki, klub, “Mançester Siti”nin futbolçusu Fil Fodeni heyətinə qatmaq üçün 130 milyon avro təklif edib. Ancaq bu cəlbedici təklifə baxmayaraq, “şəhərlilər” danışıqlara başlamaq niyyətində deyil.
Baş məşqçi Pep Qvardiola Fodeni toxunulmaz hesab edir və onun transferinə qəti şəkildə qarşı çıxır.
İspaniyalı çalışdırıcı üçün Fodenin yalnız texniki və taktiki keyfiyyətləri deyil, klubun akademiyasının yetirməsi olması da önəm daşıyır.
O, ingilis futbolçuya tam güvənir və oyun planının əsas fiqurlarından biri kimi görür.
25 yaşlı yarımmüdafiəçi dünən “Mançester Yunayted”ə qarşı keçirilən derbidə bir qol vuraraq, komandasının 3:0 hesablı qələbəsinə töhfə verib.