“Mən onlardan daha çox əziyyət çəkirəm, öz fəlsəfəmdən dönməyəcəm”

15 Sentyabr 2025 21:40 İngiltərə 531
“Mən onlardan daha çox əziyyət çəkirəm, öz fəlsəfəmdən dönməyəcəm”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim klubdakı gələcəyi ilə bağlı açıqlama verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis öz futbol fəlsəfəsindən dönməyəcəyini bildirib:

“Oyunların nəticələrinə baxmayaraq, mən “Mançester Yunayted” üçün əlimdən gələni edəcəm. Bu, azarkeşlərə mesajımdır.

Mən onlardan daha çox əziyyət çəkirəm. Öz futbol fəlsəfəmdən dönməyəcəm. Rəhbərlik bunu dəyişmək istəyirsə, qoy başqa məşqçi gətirsin”.

Amorimin komandası Premyer Liqanın 4-cü turunda “Mançester Siti”yə 0:3 hesabı ilə məğlub olub və hazırda 4 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"