
Qısa müddət əvvəl “Nottingem Forest”dən istefaya göndərilən Nuno Esprito Santu yenidən Premyer Liqaya qayıda bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssislə maraqlanan klublardan biri “Vest Hem”dir.
Klub rəhbərliyi komandanın hazırkı baş məşqçisi Qrem Potterin nəticələrindən narazıdır və onunla yolların ayrılması ehtimalı gündəmə gəlib.
Dörd turun ardından cəmi 3 xal toplayan “Vest Hem” Premyer Liqanın turnir cədvəlində 18-ci yerdə qərarlaşıb və düşmə zonasındadır. Komanda növbəti matçını doğma meydanda “Kristal Pelas”a qarşı keçirəcək.