“Barselona”ya cavab verdi: “Mənə də Yamal və Rafinya xoş gəlir”

00:20 İngiltərə 85
“Barselona”ya cavab verdi: “Mənə də Yamal və Rafinya xoş gəlir”

“Liverpul”un baş məşqçisi Arne Slot “Barselona”nın komandanın kolumbiyalı vingeri Luis Diasa maraq göstərməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Daha əvvəl Kataloniya klubunun idman direktoru Deku Diasın oyununu bəyəndiklərini açıqlamışdı.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Slot bu məsələyə ehtiyatla yanaşıb:

“Bəli, hər klubun öz iş üsulu var. Bildiyiniz kimi, biz transfer etmədiyimiz oyunçular haqqında danışmırıq.

Dekunun Luis Diasın böyük azarkeşi olduğunu anlayıram. Mən də eləyəm!

Dekunun da bəyəndiyi futbolçular var, mənim də. Məsələn, mənə də Lamin Yamal və Rafinya xoş gəlir”.

Beləliklə, Slot, həm Diasın dəyərini vurğulayıb, həm də potensial transferlə bağlı qapıları açıq qoymadan diplomatik mövqe sərgiləyib.

Digər Xəbərlər
Xəbər Lenti
23 May 11:00 Bir-bir gəlin!