
“Real”ın və Braziliya millisinin hücumçusu Rodriqo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportinfo.az AS-a istinadən xəbər verir ki, braziliyalı futbolçunun xidmətində “Çelsi” ciddi şəkildə maraqlıdır və onun üçün “şokedici təklif” hazırlayır.
Rodriqo artıq “Real”dan ayrılmağa çox yaxındır. Daha əvvəl yayılan məlumatlara görə, 23 yaşlı oyunçu Madrid klubundakı rolundan narazıdır və komandanı tərk etməyi düşünür.
Rodriqo cari mövsümdə bütün turnirlərdə 50 oyunda iştirak edib, 13 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Real”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.