“Sükan”ı portuqaliyalı məşqçiyə tapşırmaq istəyir - Ərəbistan klubu

22 May 22:00 İngiltərə 110
“Sükan”ı portuqaliyalı məşqçiyə tapşırmaq istəyir - Ərəbistan klubu

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu hazırda İngiltərə təmsilçisi “Nottingem Forest”i çalışdıran baş məşqçi Nuno Epirito Santunun xidmətində maraqlıdır.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis daha əvvəl Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasına rəhbərlik edib.

51 yaşlı Santu 2023-cü ildən “Nottingem Forest”i çalışdırır. Onun komandası hazırda İngiltərə Premyer Liqasında 37 turdan sonra 65 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

“Əl-Hilal” Səudiyyə Ərəbistanı Pro Liqasında mövsümün bitməsinə bir tur qalmış 2-ci yeri təmin edib. Komanda lider “Əl-İttihad”dan 8 xal geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti
22 May 10:00 Qurbanov vəfat etdi
22 May 08:30 Bakıda 15:0 olunca...