
“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes klubdakı gələcəyi ilə bağlı açıqlama verib.
Sportinfo.az “A Bola”-ya istinadən xəbər verir ki, portuqaliyalı oyunçu futbolda gələcəyi əvvəlcədən proqnozlaşdırmaq mümkün olmadığını bildirib:
“Klub məndən imtina etmədiyi müddətdə “Mançester Yunayted”də qalacam. Komandamızın daha yaxşı günlərinin gəlməsi üçün çalışmağa davam etməyə hazıram.
Futbolda gələcəyi əvvəlcədən proqnozlaşdırmaq olmur. “Mançester Yunayted” mənim satışımdan gəlir əldə etmək istəsə, buna da razıyam”.
Fernandes 2020-ci ildən “qırmızı şeytanlar”ın heyətində çıxış edir. Onun klubla hazırkı müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.
“Mançester Yunayted” dünən Avropa Liqasının finalında “Tottenhem”ə 0:1 hesabı ilə uduzub.