
“Mançester Yunayted” Mateus Kunya ilə razılaşmağa yaxındır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı hücumçu “qırmızı şeytanlar”ın layihəsinə qoşulmağa razılaşıb.
Şəxsi şərtlərlə bağlı anlaşma artıq son mərhələdədir. Yekun detallar tezliklə bütün maraqlı tərəflər arasında razılaşdırılmalıdır.
Bundan əvvəl “Mançester Yunayted”in 25 yaşlı forvardı “Vulverhempton”dan 62,5 milyon funt-sterlinqə almağa hazır olduğu bildirilirdi.
Kunya bu mövsüm Premyer Liqada 31 oyun keçirib, 15 qol vurub və 6 məhsuldar ötürmə edib.