Qapıçının “müştəri”si var

19 May 2025 18:40 İngiltərə 1 007
Qapıçının “müştəri”si var

“Liverpul”un qapıçısı Kaomhin Kelleher karyerasını İngiltərənin başqa klubunda davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Aston Villa” irlandiyalı futbolçu ilə maraqlanır.

Klub qolkiperi cari mövsümün sonunda komandasını dəyişə biləcək argentinalı futbolçu Emiliano Martinezin əvəzləyicisi kimi nəzərdən keçirir.

Kelleher bu mövsüm 20 matçda iştirak edib, 20 qol buraxıb və 9 oyunda qapısını toxunulmaz saxlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti