
“Flamenqo”nun müdafiəçisi Uesli karyerasını “Mançester Siti”də davam etdirməyə hazırdır.
“Şəhərlilər” braziliyalı oyunçunu transfer etməkdə əsas namizədlərdən biri sayılırdı.
Sportinfo.az “Coluna do Fla”-ya istinadən xəbər verir ki, artıq tərəflər arasında razılıq əldə edilib.
21 yaşlı müdafiəçi İngiltərə klubuna keçməyə razılıq verib və bu növbəti transfer pəncərəsində reallaşacaq. O, cari mövsümdə “Flamenqo”nun heyətində 21 oyun keçirib, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Uesli mart ayında Braziliya millisində debüt edib.