COP29

“Hər şeyin həddi var, bəlkə də karyeramı 30 yaşımda bitirəcəm!”

17 Sentyabr 12:20 İngiltərə 486
“Hər şeyin həddi var, bəlkə də karyeramı 30 yaşımda bitirəcəm!”

“Mançester Siti”nin müdafiəçisi Manuel Akanji çox sıx oyun qrafikinə görə karyerasını erkən bitirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ümumi qrafikanın sıx və çətin olduğunu söyləyib:

“Çox çətindir. Təkcə cari mövsümü deyil, növbəti mövsümü də düşünürsən.

Məsələn, biz Premyer Liqa və ya İngiltərə kubokunu qazanacağıq, sonra klublararası dünya çempionatına, ondan üç həftə sonra isə İngiltərə superkubokuna gedəcəyik.

Tətil nə vaxt olacaq? Qışda pauza yoxdur, ona görə də, iki həftə istirahətimiz, sonra isə yeni fasilə olsa, bəxtimiz gətirər.

2026-cı ildə milli komandalar arasında dünya çempionatı olacaq. Və bütün bunların sonu yoxdur.

Mən növbəti bir neçə ildə bütün bunların öhdəsindən necə gələcəyimi bilmirəm. Yeni matçlar əlavə edib hər şeyin əvvəlki kimi olacağını düşünə bilməzsən.

Biz futbolçular haqqında düşünməliyik. Müəyyən bir məqamda çox yorula bilərsiz, təbii ki, zədələr də olacaq.

Çox məşq edirik və əla formadayıq, amma hər şeyin həddi var. Bəlkə də karyeramı 30 yaşımda bitirəcəm!”

Akanji bu mövsüm “Mançester Siti”nin heyətində 5 matçda iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 02:50 Avstraliya ilə 0-0-etdik