Niderland millisinin müdafiəçisi "Mançester Yunayted"də

8 İyul 2024 12:00 İngiltərə 1 046
Niderland millisinin müdafiəçisi "Mançester Yunayted"də

Niderland millisinin və "Bavariya"nın müdafiəçisi Matteys de Liqt "Mançester Yunayted"ə keçəcək.

Sportinfo.az "The Sun"a istinadən xəbər verir ki, artıq tərəflər arasında razılıq əldə edilib.

O, "qırmızı şeytanlar"la üç illik müqavilə imzalayacaq.

24 yaşlı müdafiəçi ötən mövsüm bütün turnirlərdə 30 oyuna çıxıb. Niderlandlının "Bavariya" ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
27 Dekabr 18:10 Çək və bizə göndər!
27 Dekabr 02:30 1000 manatlıq söyüş