COP29

“İlk transfer pəncərəsində bütün problemləri həll edə biləcəyimizə əmin deyiləm”

21 İyun 00:20 İngiltərə 464
“İlk transfer pəncərəsində bütün problemləri həll edə biləcəyimizə əmin deyiləm”

“Mançester Yunayted”in sahibi Cim Ratkliff hazırkı heyətin heç də mükəmməl olmadığını açıqlayıb.

Sportinfo.az “Goal”-a istinadən xəbər verir ki, klub rəhbəri ilk transfer pəncərəsində bütün problemlərini həll edə biləcəklərinə əmin olmadığını bildirib:

“Nəticələrimizi yaxşılaşdırmaq üçün bizə iki və ya üç transfer pəncərəsi lazımdır. Hazırda “Mançester Yunayted”də qiyməti 100 milyon avro və daha çox olan oyunçu yoxdur.

İlk transfer pəncərəsində bütün problemləri həll edə biləcəyimizə əmin deyiləm”.

“Mançester Yunayted” İngiltərə çempionatının son mövsümündə turnir cədvəlini 8-ci pillədə başa vurub.

Erik ten Haqın yetirmələri İngiltərə kubokunu qazana bilib ki, nəticədə, komanda gələn mövsüm Avropa Liqasında çıxış edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!
12 İyul 11:00 Bir az bəri gəlin...
12 İyul 08:20 Daha bir transfer etdi
12 İyul 08:10 Millimiz yarımfinalda
12 İyul 01:00 "Sabah" icarəyə verdi