COP29

“Pul çox şeyi həll etsəydi, indi..." - Qvardiola danışdı

15 May 10:20 İngiltərə 481
“Pul çox şeyi həll etsəydi, indi..." - Qvardiola danışdı

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqası klublarının son mövsümlərdə pul xərcləməsindən danışıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis əvvəllər pulun çox şeyi həll etdiyini bildirib:

“Əvvəllər pul çox şeyi həll edirdi. İndi elə olsaydı, o zaman “Mançester Yunayted” bütün kubokları qazanmalı idi.

İkincisi “Çelsi”, üçüncüsü isə “Arsenal” olacaqdı. Son beş ildə bu klublar “Mançester Siti”dən çox pul xərcləyib”.

Bu gün Premyer Liqanın təxirə salınmış oyununda “Mançester Siti” “Tottenhem”lə qarşılaşacaq. MS qələbə qazanacağı təqdirdə, çempionatın lideri olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"