
“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Liqa kubokunun finalından sonra “Çelsi”nin futbolçularına və məşqçilər korpusuna (1:0) dəstək olub.
Sportinfo.az xəbər verir ki, almaniyalı mütəxəssis özü də eyni hissləri yaşadığını bildirib:
“Çelsi” ardıcıl altı finalda məğlub oldu? Mən də eyni şeyi yaşadım, ona görə də, onların necə hiss etdiyini bilirəm.
Hər kəs finalda məğlubiyyətlərin yeni antirekordundan danışır. Bu, xoşagəlməzdir və mən “Çelsi”yə rəğbət bəsləyirəm”.
“Liverpul” – “Çelsi” oyunu “Uembli” stadionunda baş tutub. Yeganə qolu 118-ci dəqiqədə niderlandlı müdafiəçi Vircil van Dayk vurub.