Premyer Liqada daha bir səs-küylü transfer - 121 milyona

1 Fevral 18:20 İngiltərə 376
Premyer Liqada daha bir səs-küylü transfer - 121 milyona

“Çelsi” daha bir səs-küylü transferə imza atıb.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa nəhəngi Argentina yığmasının və Portuqaliya “Benfika”sının yarımmüdafiəçisi Entso Fernandesi heyətinə qatıb.

22 yaşlı futbolçu ilə 2031-ci ilin 30 iyununa kimi müqavilə imzalanıb. “Zadəganlar” bu keçid üçün “Benfika”ya 121 milyon avro ödəyib.

“River Pleyt”in yetirməsi olan Entso Fernandes Argentinanın digər təmsilçisi “Defensa Xustisiya”da da oynayıb.

“Benfika” yarımmüdafiəçini 2022-ci ilin iyul ayında “River Pleyt”dən 44.25 milyon avro qarşılığında transfer etmişdi. Argentina yığması ilə dünya çempionu olan futbolçu millidə 10 oyuna 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 18:40 "İstədiyimi ala bildim"
1 Oktyabr 18:35 Adamda üzə bax hələ!
1 Oktyabr 11:30 Bir təklif də bizdən…
1 Oktyabr 07:30 Xankəndiyə gedəcəklər