Premyer Liqa klubu məşhur hücumçunu transfer etmək niyyətindədir

20 Noyabr 2022 10:00 İngiltərə 725
Premyer Liqa klubu məşhur hücumçunu transfer etmək niyyətindədir

Fransa millisinin və PSJ-nin forvardı Kilian Mbappe İngiltərəyə yollana bilər.

Sportinfo.az xəbər verir ki, "Liverpul" hücumçunu transfer etmək niyyətindədir.

Mersisayd klubunun baş məşqçisi Yürgen Klopp fransalı forvardı komandasında görmək istəyir.

Luis Dias, Darvin Nunyes və Dioqu Jotanın zədələnməsi səbəbi ilə "Liverpul" hücum xəttini məhz Mbappe ilə gücləndirməyi planlaşdırır.

Transferin baş tutub-tutmayacağı dünya çempionatından sonra dəqiqləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 08:00 Qədimova seans keçirdi