Ronaldo da buradan ayrılır?

17 İyun 2022 21:40 İngiltərə 1 081
Ronaldo da buradan ayrılır?

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo klubu tərk edə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə "La Repubblica" nəşri məlumat yayıb.

Bildirilib ki, portuqaliyalı hücumçu yeni baş məşqçi Erik ten Haqın oynadacağı futbola uyğun gəlmir.

"Mançester Yunayted”in gələn mövsüm Çempionlar Liqasında oynamayacağını nəzərə alsaq, hücumçunun agenti Jorje Mendeş oyunçu üçün yeni klub axtarmaqla məşğuldur.

Ronaldo ilə "Roma" və "Sportinq"in maraqlandığı vurğulanıb. Ancaq İtaliya təmsilçinin feyr-pley problemləri, o cümlədən Avroliqada oynayacağı bu transferin qarşısını ala biləcəyi iddia olunub.

Ronaldo ötən mövsüm "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 39 matçda 24 qol vurub və 3 qolun ötürməsini verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti