Premyer Liqa klubundan ayrılmaq istəyən 3 nəfər: “Başqalarını tapacağıq”

30 Avqust 20:25 İngiltərə 614
Premyer Liqa klubundan ayrılmaq istəyən 3 nəfər: “Başqalarını tapacağıq”

“Tottenhem”in baş məşqçisi Roberto De Zerbi üç futbolçunun komandadan ayrılmaq istədiyini açıqlayıb.

Sportinfo.az ESPN-ə istinadən xəbər verir ki, o, hücumçu Riçarlisonun, müdafiəçi Kevin Dansonun və yarımmüdafiəçi Pape Matar Sarrın klubdan getmək istədiyini bildirib:

“Riçarlison dəfələrlə getmək istədiyini bildirib. Danzo iki gün əvvəl yanıma gəldi və getmək istədiyini dedi. Sarrda da vəziyyət eynidir və o, məşq etməyə hazır olsa da, yüngül zədə alıb.

Mən bu oyunçuları sevirəm, onlar əla uşaqlardır. Onlarla çox yaxşı münasibətlərim var.

Amma getmək istəyirlərsə, kluba maliyyə baxımından uyğun təklif gətirməlidirlər. Bundan sonra gedə bilərlər və biz başqa oyunçular tapacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM