Liqada yerini qoruyan klubda yeni baş məşqçi - SON DƏQİQƏ

2 Sentyabr 10:40 I Divizion 1 656
Liqada yerini qoruyan klubda yeni baş məşqçi - SON DƏQİQƏ

I Liqada ikinci mövsümünə hazırlaşan «Şimal» baş məşqçi dəyişikliyinə gedib.

Xaçmaz təmsilçisi Namiq Allahverdiyevə tapşırılıb.

«B» kateqoriyalı mütəxəssislə 1 illik müqavilə imzalanıb.

«Sabah»ın akademiyasında işləmiş Allahverdiyevin qarşısına komandanı çempionatda saxlamaq vəzifəsi qoyulub.

Şimal bölgəsinin klubu ötən sezon pley-off oynayaraq, liqada qalıb.

Belə ki, mövsümün əsas bölümünü 11-ci pillədə başa vuran «Şimal» II Liqada ikinci yeri tutmuş «Qaradağ Lökbatan»la üz-üzə gəlib. Şamaxıda keçirilən qarşılaşmada 2:1 hesabıyla qalib gələn kollektiv məqsədinə çatıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO